Bünövrə qazıntısında QIZIL KÜPLƏR tapılıb
10.04.2021
Bir ev tikintisi üçün bünövrə yeri qazarkən inşaatçılar qızıl və gümüşlə dolu saxsı küplər tapıblar.
Hindistanın Jangaon bölgəsinin Pembarthi kəndində tapılan saxsı qabdan təxminən 190 qram qızıl; 1,72 kiloqram ağırlığında gümüş zərgərlik məmulatları olub.
Təxminən bir metr dərinlikdə tapılan əşyalar daha sonra səlahiyyətlilərə təhvil verilib.
Bölgə sakinləri xəzinənin dini əhəmiyyətə malik olduğunu iddia edərək dua ediblər.
Torpaq sahibi Narsimhanın küpə toxunduqdan sonra isterik davranışı kameraya əks olundu.
Səlahiyyətlilər saxsı qabın içindən 51 qızıl muncuq, 22 qızıl sırğa, 11 qızıl boyunbağı, 26 gümüş çubuq və 5 gümüş zəncir tapıblar. 6,5 qram ağırlığında bir yaqut da tapılanlar içərisində olub.
Pembarthi kənd məclisinin üzvü Anjaneyula Goud ərazidə qazıntılar edilsə daha çox xəzinə tapılacağını söyləyib.
Keçmişdə burada bir məbədin olduğu deyilir. Çox adam buna inanmır. Yalnız saxsı qablar ortaya çıxdıqdan sonra buna əminik.
Goud bölgədə bir ibadətgah üçün müraciət etdiklərini bildirib.
Bölgənin arxeologiya bölməsinin direktoru Sreenivasa Raju, "Xəzinə mütəxəssislər tərəfindən araşdırılır. Şərh vermək üçün hələ tezdir" deyib.