05 04 2025-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Dramaturqun səhnədə FACİƏVİ ÖLÜMÜ

30.07.2018

Tatar dramaturqu Qafur Kayumov məşq zamanı səhnədən orkestr çökəyinə yıxılaraq ölüb.

"Dövran Media"nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Tatarıstanın Arsk şəhərinin Mədəniyyət Evində baş verib.
Kayumov "Ak Kalfak” tatar qadınları təşkilatının forumu üçün hazırlanan tamaşanın hazırlanmasında iştirak edirmiş.
"Məşq zamanı o, niyəsə səhnə arxasına nərdivan qoyubmuş və dekorasiyalar olan yerə baxırmış. Bir məqamda o, müvazinətini saxlaya bilməyib və orkestr çökəyində küncdə dayanan 24 millimetrlik boruların üstünə yıxılıb və onlardan biri onun bədənindən keçib” – deyə Mədəniyyət evinin direktoru şərh verib.
59 yaşlı Kayumov xeyli müddət Tatar akademik teatrında çalışıb. Onun pyesləri Tatarıstan və Başqırdıstanda tamaşaya qoyulub. Həmçinin o, 2005-ci ildə "Züleyxa” adlı filmdə əsas rolda oynayıb.