ABŞ Qara dənizə hərbi gəmilər göndərməyi düşünür
09.04.2021
Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca ABŞ-dan gərginliyi daha da artıracaq bir açıqlama gəldi.
DM SÖZCÜ GAZETESİ-nə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi, "Qara dənizə döyüş gəmiləri göndərə bilərik" dedi.
Rusiya tərəfindən Ukraynanın şərq sərhədində əsgər toplanması ilə başlayan gərginlik sona çatmır.
Son həftələrdə bir çox ölkə Kiyev və Moskva xəttindəki gərginliyə müdaxilə edərkən, dünən gecə ABŞ-dan çox açıq və qorxulu bir açıqlama gəldi.
ABŞ Müdafiə Nazirliyinin bir yüksək vəzifəli məmuru, ABŞ-ın bir neçə həftə içində Qara dənizə hərbi gəmilər göndərə biləcəyini açıqladı.
Adını açıqlamaq istəməyən məmur, ABŞ-ın Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı birlik mesajı göndərmək üçün belə bir hərəkət etməyi planlaşdırdığını söylədi.