Papadan ÇAĞIRIŞ
09.04.2021
Katoliklərin dini lideri Papa Fransisk dünya maliyyə menecerlərini koronavirus pandemiyasından təsirlənən kasıb ölkələrin borc yükünü azaltmağa çağırıb.
DM hit.az-a istinadən xəbər verir ki, məlumat verir ki, o, BVF-in (Beynəlxalq Valyuta Fondu) və Dünya Bankının illik toplantısının iştirakçılarına göndərdiyi məktubda COVID-19 epidemiyasının dünyanı sosial-iqtisadi, ekoloji və siyasi böhranlarla barışmağa məcbur etdiyini bildirib.
Papa qeyd edib ki, bu böhranlar bir-biri ilə əlaqəlidir.
Papa bildirib ki, kasıb və zəif inkişaf etmiş ölkələrin beynəlxalq bazara çıxışını asanlaşdırmaq lazımdır:
"Yoxsul ölkələrin pandemiya ilə daha da pisləşən borc yükündə nəzərəçarpacaq azalma olmalıdır”.