Müdafiə nazirimiz cəbhə bölgəsinə getdi + FOTOLAR
29.01.2018
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Nazir üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzələr edilib. Bildirilib ki, burada yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.
Müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Cəbhə bölgəsində yeni inşa edilən bölmələrdən birinin açılışını edən Zakir Həsənov burada yaradılmış şəraitlə tanış olub, şəxsi heyətlə söhbət aparıb və nahar edib./apa/