Koçaryan Paşinyanı məhkəməyə verdi
08.04.2021
Ermənistanın eks-prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.
DM Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə şikayəti "Koçaryanın ədalətli məhkəmə prosesinin keçirilməsi hüququnun pozulması” (günahsızlıq prezumpsiyası) və "Paşinyanın ona qarşı ictimaiyyət önündə səsləndirdiyi ifadələrin təkzib olunması”na (böhtan) aiddir.
Koçaryanın hər 2 şikayət ərizəsi məhkəmə tərəfindən nəzarətə götürülüb. Eks-prezident hər maddə üzrə ayrılıqda 2 milyon dram kompensasiya tələb edir.