Türkiyənin müttəfiqi Əsədin tərəfinə KEÇDİ
30.07.2018
Azad Suriya Ordusunun keçmiş döyüşçüləri hökumət qoşunlarının tərəfinə keçərək, Dara bölgəsində döyüşlərə cəlb olunublar.
"Dövran Media" xəbər verir ki, bu barədə "almasdarnews.com” portalı informasiya yayıb.
Məlumata görə, "Şəbab əs-Sünnə” briqadasından olan keçmiş ASO döyüşçüləri Yarmuk çayı hövzəsində İŞİD-ə qarşı vuruşmağa başlayıb.
Suriya hərbçiləri hökumət qoşunlarının tərəfinə keçənlərinin sayının 500 nəfər olduğunu açıqlayıb.