ABŞ və Çin arasında gərginlik
08.04.2021
Biden rəhbərliyi tərəfindən insan haqlarının pozulması ittihamı ilə Pekindəki 2022 Qış Olimpiya Oyunlarını boykot etməsi ABŞ və Çin arasında yeni bir gərginlik yaratdı.
DM Türkiyə medyasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə axşamı Çində 2022 Qış Olimpiya Oyunlarını boykot etməyin "mütləq müzakirə etmək istədiyimiz bir şey" olduğunu söylədi.
ABŞ-ın tədbir üçün müttəfiqlərlə koordinasiyalı şəkildə işləyə biləcəyini açıqladı.
Digər tərəfdən Çin, Vaşinqtona "idmanın siyasiləşdirilməməsi" barədə xəbərdarlıq edərək, potensial hər hansı bir işə cavab veriləcəyini elan etdi.