21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sarkisyan Koçaryanın MÜDAFİƏSİNDƏ

30.07.2018

Ermənistanda Serj Sarkisyanın rəhbəri olduğu "Respublika” partiyası keçmiş prezident Robert Koçaryanın müdafiəsinə qalxıb.
"Dövran Media" Ermənistan mətbuatına istinadən xəbər verir ki, partiyanın bəyanatında Koçaryanın həbsinin demokratiya və məhkəmə sisteminə aidiyyatı olmadığı bildirilib.
Partiya bu cinayət işinin ölkə daxilindəki siyasi proseslərə ciddi ziyan vurduğu bəyan edir.
""Respublika” partiyası parlament diplomatiyası kanalları vasitəsilə həbs və əlaqəli proseslər məsələsini müvafiq beynəlxalq təşkilat və formatlarda səsləndirəcək” – bəyanatda qeyd edilir.
Bəyanatda həmçinin bu cür əsassız ittihamların Ermənistan və Qarabağın qondarma rejiminin üzləşdiyi problemlər fonunda cəmiyyətin bölünməsinə təşviq etdiyi bildirilib.
Partiya üzvləri bunun nəinki ölkədə insan hüquqlarına həmçinin Ermənistanın beynəlxalq imicinə də xələl gətirdiyini qeyd edirlər.
Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan haqda Yerevan məhkəməsi iyulun 27-də həbs qətimkan tədbiri qəbul edib.