Vətən müharibəsi iştirakçısına vəzifə verildi
08.04.2021
Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun əmri ilə, Vətən müharibəsi iştirakçısı Nicat Quliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.
N.Quliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.