Məşhur şirkət Özilə qadağa QOYDU
30.07.2018
Almaniya millisindən ayrılmaq qərarı ilə dünya mətbuatında gündəm olan Məsud Özilə qarşı aparılan irqçilik kampaniyasına "Vodafone Almaniya” şirkəti də qoşulub.
"Dövran Media" xəbər verir ki, bu barədə AKP-nin İstanbul millət vəkili Mustafa Yeneroğlu Tvitter hesabında məlumat yayıb.
Məlumata görə, "Vodafone Almaniya” Məsud Özilin şirkətə aid reklam kampaniyalarında iştirakına embarqo qoyub.