PKK üzvləri Avropa Şurasına hücum etdilər
07.04.2021
Avropa Şurası Kommunikasiya Direktoru Daniel Höltgen, terror təşkilatının lideri Öcalanın sərbəst buraxılması üçün bir nümayiş təşkil edən PKK tərəfdarlarının, Strasburqdakı Avropa Şurasının Agora binasına girdiyini söylədi.
DM Türkiyə medyasına istinadən xəbər verir ki, Höltgen, "PKK nümayişçilərinin şiddət və icazəsiz girişini Avropa Şurasının mülkiyyətinə sürətlə son verdiyinə görə polisə bir daha təşəkkür edirəm" dedi.
Fransız mətbuatında yer alan xəbərlərdə, polisin PKK tərəfdarlarına qarşı gözyaşardıcı qazla müdaxilə etdiyi ifadə edildi.
Strasburq Prokurorluğunun paylaşdığı məlumata görə, hadisə ilə əlaqədar 2 nəfər nəzarətə alındı.
Terror təşkilatı PKK tərəfdarları 2019-cu ilin fevralında Avropa Şurası binasına və polisə hücum etmişdi.
43 PKK sempatizanı nəzarətə alınmışdı.