Ruhanidən ABŞ-a tərəf ADDIM
07.04.2021
"ABŞ rəhbərliyi danışıqlara hazırlığını göstərdi, Tehran isə öz növbəsində bütün sanksiyaların aradan qaldırılması şərtilə nüvə proqramı üzrə öhdəliklərinə qayıtmağa hazırdır”.
"RİA Novosti”nin məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani bildirib.
"Biz bu gün ABŞ-ın danışıqlar üçün ayıldığı vəziyyəti müşahidə edirik. Biz də təsdiq edirik ki, bütün sanksiyaların aradan qaldırılması qarşılığında nüvə proqramı üzrə öhdəliklərimizə qayıtmağa hazırıq”, - deyə H.Ruhani bildirib.
İran lideri qeyd edib ki, Tehran mövcud problemləri həll etməyə hazırdır.
"ABŞ bu gün özünün danışıqlara hazır olmasından danışır. Bu, İran xalqının qələbəsidir”, - deyə İran lideri vurğulayıb.