Zelenski bir neçə səfiri geri çağırdı
07.04.2021
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin altı səfiri geri çağırıb.
Bu barədə Ukrayna liderinin rəsmi saytı məlumat yayıb.
Dövlət başçısının imzaladığı sərəncamlarla Ukraynanın Səudiyyə Ərəbistanı, Oman Sultanlığı və Yəmən Respublikasındakı, Tayland Krallığı, Laos Xalq Demokratik Respublikası və Myanma Respublikasındakı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığındakı, Niderland Krallığındakı, İraq Respublikasındakı, Belçika Krallığı və Lüksemburq Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfirləri geri çağırılıb və vəzifələrindən azad olunub.
Bundan əlavə Ukrayna prezidenti ölkənin bir sıra benəlxalq təşkilatlarda, o cümlədən BMTdəki daimi nümayəndələrini əvəzləyib.