02 02 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məleykə Abbaszadədən abituriyentlərə MÜRACİƏT

30.07.2018

İyulun 30-da günün ikinci yarısından bakalvr təsili üzrə ixtisas seçimi başlayacaq və bizim saytımızda aktiv olacaq. İxtisas seçimi avqustun 13-nə qədər davam edəcək.

"Dövran Media" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu il bakalvr təhsili üzrə qəbul imtahanlarında 74438 nəfər iştirak edib. Ümumilikdə ixtisas seçimində 91498 nəfər iştirak edəcək.
M.Abbaszadə deyib ki, orta ixtisas üzrə qabiliyyət imtahanları avqustun 9-da yekunlaşacaq. Şura sədri vurğulayıb ki, qeydiyyatdan 8277 nəfər keçib, ancaq 14015 nəfər komissiyada iştirak edəcək. Bu fərq ona görə yaranıb ki, bir nəfər bir neçə komissiyada qabiliyyət imtahanında iştirak edir.