Hüquq bürosunda dava: 3 ölü, 2 yaralı
06.04.2021
İstanbulda aralarındakı miras mübahisəsini həll etmək üçün hüquq bürosunda görüşən qohumlar arasındakı mübahisə qanla bitib. Yalovada məhəllə muxtarı olduğu öyrənilən Ahmet Salih B. (61), silahı ilə 5 yaxınını vurdu. 2-si qadın olmaqla güllələrin hədəfi olan 3 nəfər həyatını itirib, 2 nəfər yaralanıb. Hadisədən sonra qaçan şübhəli Yalovada tutulub.
Hadisə İstanbulun Kartal bölgəsi, Cevizli Mahallesində meydana gəlib. İddiaya görə, Yalova Armutludaki bir məhəllənin muhtarı Ahmet Salih B., aralarındakı miras problemini həll etmək üçün 5 qohumu ilə Kartaldaki hüquq bürosuna gedib. Əmiuşağı olduqları bildirilən iki tərəf arasında miras mübahisəsi ətrafında bir mübahisə yaşanıb.
Müzakirə əsnasında, Muhtar tapança ilə Haluk Onatı (58) Kebire Esra Ay (54) və Ayşe Ece Ayı (25) vuraraq öldürdü. Arzu Onat (56) və Ahmet Nuri Onat (62) yaralanıb. Şübhəli hücumdan sonra hadisə yerindən qaçab. Yaralıların vəziyyətinin ağır olduğu bildirilib.
Hücumdan sonra hadisə yerinə çox sayda polis məmuru göndərilib. Cinayət Sahəsini Araşdırma qrupları hüquq bürosunda və cəsədlərdə araşdırmalar apararkən, şübhəlinin tutulması üçün geniş miqyaslı bir iş başladılıb. Qaçan təcavüzkarın silahı ilə Yalovada tutulduğu öyrənilib.
Qeyd edək ki, bu xəbəri Türkiyənin "Sözçü" qəzeti yayıb.