ABŞ Rusiya istehsalı olan silahları aldığı üçün Türkiyəyə qarşı sanksiya tətbiq edəcək.
Bu barədə TASS məlumat yayıb.
DM "oxu.az" saytına istinadən xəbər verir ki, Türkiyənin dövlət qurumları və dörd məmura qarşı tətbiq ediləcək sanksiyalar aprelin 7-də qüvvəyə minəcək.
Xatırladaq ki, Türkiyə Rusiya istehsalı S-400 zenit raket komplekslərini aldığı üçün ABŞ-ın təzyiqləri ilə üzləşib.