David Tonoyan istintaqa çağırılıb
06.04.2021
Ermənistanın Xüsusi İstintaq Komitəsi ölkənin sabiq müdafiə naziri David Tonoyanı və baş qərargah rəisi Artak Davtyanı dindirib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti yazıb.
Bildirilib ki, komitə 2020-ci ilin noyabrında Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Movses Akopyanın mətbuat konfransının nəticələri əsasında araşdırmalara başlayıb. Bu məqsədlə David Tonoyan və Artak Davtyan dindirilib. Araşdırmaların ilkin nəticələri baş nazir Nikol Paşinyana göndərilib.
Lakin ehtimal edilir ki, Paşinyan Rusiya səfərindən əvvəl özünütəcrid rejiminə keçdiyi üçün istintaqçılarla görüşərək məsələ ilə bağlı müzakirələr apara bilməyib.
Qeyd edək ki, M.Akopyan mətbuat konfransında müharibənin gedişində ordu rəhbərliyinin fəaliyyəti ilə bağlı sərt tənqidlər səsləndirmişdi.