Ən ucuz və ən baha benzin BU ÖLKƏLƏRDƏ
30.07.2018
"Bloomberg” agentliyi dünyada Aİ-95 markalı benzinin ən ucuz və ən baha satıldığı ölkələrin reytingini hazırlayıb.
"Dövran Media" xəbər verir ki, agentliyin siyahısına əsasən, ən ucuz yanacaq Venesuelada satılır.
Burada bir litr benzin 0,01 dollardır. İkinci yeri 0,28 dollarla İran tutur. İlk üçlüyü 0,35 dollarla Küveyt qapayıb.
Siyahıda ilk onluğa Nigeriya (0,41 dollar), Misir (0,43 dollar), Səudiyyə Ərəbistanı (0,54 dollar), Malayziya (0,54 dollar), İndoneziya (0,67 dollar), BƏƏ (0,68 dollar) və Rusiya (0,72 dollar) daxil olub.
Reytingə əsasən, dünyada ən bahalı benzin Honkonqda (2,09 dollar), Norveçdə (2,02 dollar) və Niderlanddadır (1,93 dollar). İlk onluğa Yunanıstan (1,91 dollar), İtaliya (1,91 dollar), Danimarka (1,90 dollar), İsrail (1,86 dollar), Portuqaliya (1,83 dollar), Finlandiya (1,79 dollar) və Fransa (1,78 dollar) daxil olublar.