Myanmada nümayişçilərə qarşı şiddət
06.04.2021
Myanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı etirazlar davam edir.
DM Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik güclərinin müdaxiləsi nəticəsində həyatını itirən insanların sayı 570-ə yüksəldi. Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP) gündəlik hesabatında son 24 saat ərzində daha 6 nəfərin öldüyünü açıqladı. Nəticədə ümumi itkilərin 570-ə yüksəldiyi və 2 min 728 nəfərin nəzarətə alındığı bildirildi.
Qeyd edək ki, çevrilişin əleyhinə olan 443 nəfər üçün həbs qərarı nəzərdə tutulur.