91 nəfər ölüb, 25 nəfər itkin düşüb
29.07.2018
Yunanıstanda baş verən meşə yanğınları nəticəsində ümumilikdə 91 nəfər ölüb, 25 nəfər itkin düşüb.
"Associated Press” agentliyinin verdiyi xəbərə görə, bu barədə Yunanıstan hökumətini nümayəndəsi bildirib.
Faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib. Paytaxt Afinanın da daxil olduğu Attika bölgəsində fövqəladə vəziyyət elan edilib.
Yunanıstanın mülki müdafiə naziri Nikos Toskas yanğının qəsdən törədilməsini istisna etməyib.