Netanyahu bir daha hakimə qarşı çıxdı
05.04.2021
İsraildə vəzifə yerinə yetirərkən mühakimə olunan ilk Baş nazir kimi tarixə düşən Benjamin Netanyahu iddiasının üçüncü iclası işğal altında olan Şərqi Qüdsdə İsrail Qüds Regional Məhkəməsində keçirildi.
DM TRT HABER-ə istinbadən xəbər verir ki, məhkəmə öncəsi İsrail polisi məhkəmənin ətrafındakı bir çox yolu bağlayarkən, Netanyahunun bir qrup tərəfdarı isə məhkəmə yaxınlığında nümayiş keçirdi.
İsrail və beynəlxalq mətbuatın böyük marağına səbəb olan məhkəmədə Netanyahu və vəkilləri iştirak etdilər.
İsraildə ən uzun müddət baş nazir vəzifəsini tutan Netanyahunun məhkəmə prosesinin uzun müddət çəkəcəyi bildirildi.