21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünya və Avropa çempionumuzun yeni hədəfi

05.04.2021

Rusiyanın paytaxtı Moskvada aprelin 3-dən başlayan ağırlıqqaldırma üzrə Avropa çempionatına bu gün azərbaycan idmançıları da qatılacaq.

DM xəbər verir ki, Bolqarıstan əsilli idmançımız Boyanka Kostova (-59 kq) yarışda mübarizəyə qoşulur.

O, bu gün A qrupunda saat 17:53-dən etibarən yarışa başlayacaq. Dünya və üçqat Avropa çempionumuzun rəqibləri İne Anderson (Norveç), Dora Tşakunte (Fransa), Aleksandra Kozlova, Olqa Te (hər ikisi Rusiya), Zoe Smit (Böyük Britaniya), Konstantina Benteli (Yunanıstan), Saara Retulaynen (Finlandiya) və Mariya Qanqur (Ukrayna) olacaq. 27 yaşlı Boyanka Kostova bu qrupda ən təcrübəli idmançı sayılır.

Qeyd edək ki, Olimpiadaya lisenziya xalları verən bu yarışda aprelin 10-da daha iki idmançımız mübarizə aparacaq. Bunlar Əliş Nəzərov və Dadaş Dadaşbəylidir (hər ikisi -102 kq). Yarışa aprelin 11-də yekun vurulacaq.

Onu da bildirək ki, bu, koronavirus pandemiyası başlayandan bəri Azərbaycan atletlərinin iştirak etdiyi ilk yarışdır.