Əfqanıstanın Cəlalabad şəhərində partlayışı kim törədib?
29.07.2018
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
İŞİD terror qruplaşması Əfqanıstanın Cəlalabad şəhərində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Reuters agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.
Ötən gün Cəlalabadda tibb mərkəzinin qarşısında terrorçu-kamikadze özünü partladıb. Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilirdi.