“Türk Hava Yolları” Avropada birinci oldu
02.04.2021
"Türk Hava Yolları” (THY) Avropa üzrə gündəlik ən çox reys həyata keçirən aviaşirkət seçilib.
DM xəbər verir ki, statistik göstəricilərə əsasən, pandemiya dövrü olmasına baxmayaraq, THY hər gün təxminən 755 reys həyata keçirir.
Siyahıda ikinci sırada gündəlik 406 uçuşla Fransanın "Air France”, üçüncü yerdə isə 366 uçuşla Almaniyanın "Lufthansa” aviaşirkəti qərarlaşıb.
Qeyd edək ki, 2020-ci ildə Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən "Hava limanı sağlamlıq akkreditasiyası” proqramı çərçivəsində sertifikat alan ilk aeroport olan İstanbul hava limanı, eyni zamanda, keçən il sərnişin sayına (23 milyon 409 min 132 sərnişin) görə də Avropada birinci olub.