"Həmsədrlər Qarabağa gedə bilmir" - Marukyan
02.04.2021
"Azərbaycan tərəfi əlavə şərtlər irəli sürdüyündən ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağa səfər edə bilmir”.
DM "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu aprelin 2-də müxalif İşıqlı Ermənistan Partiyasının sədri, parlamentdəki eyni adlı fraksiyanın sədri Edmon Marukyan bildirib.
"Həmsədrlər indiyədək Qarabağa Laçından keçərək gediblər. Ancaq indi Azərbaycan onların qarşısında şərt qoyub ki, Qarabağa yalnız Ağdamdan keçməklə gedə bilərlər, - o vurğulayıb.