Milli Məclis Pakistanla sazişi ratifikasiya etdi
02.04.2021
Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” saziş müzakirəyə çıxarılıb.
DM-in xəbərinə görə, sənəd müzakirələrdən sonra səsverməyə qoyulub.
Səsverməyə əsasən Parlament sazişi ratifikasiya edib.