ABŞ-ın birinci xanımı stüardessa qılığına girdi
02.04.2021
ABŞ prezidenti Co Baydenin həyat yoldaşı, birinci xanım Cil Bayden Kaliforniyadan Vaşinqtona uçarkən təyyarədə stüardessa qılığına girib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, birinci xanım stüardessa qılığına girmək üçün tamamilə dəyişib. Belə ki, qısa qara peruk, maska və əlcək geyinən Cili tanımaq mümkün olmayıb.
Cil Bayden özünü sərnişinlərin sifarişini götürərkən təqdim edib. Beləliklə, təyyarədə olan şəxslər xanımın bu hərəkətinə təəccübləniblərini gizlətməyiblər.
Bununla bağlı mətbuata açıqlama verən xanım Bayden, "Sərnişinlərə 1 aprel zarafatı etdim",- deyə cavablandırıb.