Paşinyan özünütəcridə başladı
02.04.2021
Ermənistan baş naziri Nikol Paşinyan özünütəcridə başlayıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan hazırda vəzifəsini özünütəcrid rejimində icra edir.
Bunun səbəbinin 7 apreldə Rusiya paytaxtı Moskvada Vladimir Putinlə keçiriləcək görüş olduğu bildirilib. Belə ki, Paşinyan Rusiya prezidentini koronavirusa yoluxdurmaq ehtimalını aradan qaldırmaq üçün indidən özünütəcridə başlayıb.