Aeroportda bir sərnişinə görə 330 reys təxirə salınıb
29.07.2018
Münxen aeroportunda bir sərnişinə görə terminallardan biri bağlanıb, nəticədə 330-a yaxın reys təxirə salınıb.
Sərnişinlərdən biri lazımi yoxlamadan keçməyərək təhlükəsizlik zonasına daxil olub. Təhlükəsizlik xidməti buna reaksiya verməyib.
Cənubi Bavariyanın aviasiya qurumu bu barədə məlumat əldə edən kimi polis çağırıb, terminal boşaldılıb və yeddi saat bağlı qalıb. Bu hadisəyə görə təxminən 700 sərnişin aeroportda gecələyib.