Vilayət Eyvazovdan yeni təyinat
02.04.2021
Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.
DM-in məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə Baş əməliyyat-müvəkkili, polis polkovnik-leytenantı Ramil Səfərəliyev vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə müavini təyin edilib.