Vilayət Eyvazovdan daha bir təyinat
01.04.2021
Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
DM-in əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Ramin Fətullayev Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) rəisi təyin olunub. O, bu təyinata qədər Gəncə şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) rəis müavini vəzifəsində çalışıb.