Türkiyə sularında qayıq batıb
29.07.2018
Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu ərazisindən qaçaq yolla Yunanistanın Midilli adasına doğru hərəkət götürən, içərisində FETÖ terror təşkilatı mənsublarının olduğu ehtimal edilən qayıq batıb.
Qayıqda 3-ü uşaq olmaqla 16 nəfər olub. Ayvalık sahil təhlükəsizlik qüvvələri həyatı təhlükədə olan insanların köməyinə gəlib. Doqquz nəfər xilas edilib. Digər 6 nəfərin cəsədi tapılıb. Bir nəfərin itkin düşdüyü bildirilir.