Mikayıl Cabbarov Dünya Bankının nümayəndələri ilə görüşüb
01.04.2021
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktorunu qəbul edib.
Bu barədə nazir özünün sosial media hesabında yazıb.
"Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru cənab Sebastian Molineus və onun həmkarları ilə pandemiyadan sonra iqtisadi bərpa, potensial investisiya sahələri üzrə əməkdaşlıq, layihələrin icra vəziyyəti və gələcək perspektivlərin müzakirəsi barədə görüş keçirdik”, - deyə Mikayıl Cabbarov qeyd edib.