Kadırov Nobel sülh mükafatına namizəd oldu
01.04.2021
Çeçenistan rəhbəri Ramzan Kadırovun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
DM xəbər verir ki, bu məlumatı Nobel Beynəlxalq İnformasiya Mərkəzi təşkilatının rəhbəri Vyaçeslav Tyutyunnik yayıb. O, Kadırovun namizədliyini Norveç nümayəndələrinin irəli sürdüyünü desə də, konkret şəxs və ya təşkilat adı çəkməyib.
Kadırovun namizədliyinin Çeçenistan kimi bölgədə 15 il ərzində etibarlı sülhün yaradılmasına göstərdiyi dəstəyə görə irəli sürüldüyü vurğulanıb.