"Karantinin sərtləşdirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Təbii ki, epidemik durum nəzərə alınaraq müvafiq qərar qəbul edilə bilər”.
Bunu "ARB 24”ün "Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Novruz bayramı ilə əlaqədar bir neçə günlük ictimai nəqliyyatın fəaliyyət göstərməməsinə baxmayaraq, yoluxma sayında artım baş verdiyini qeyd edən nazirlik rəsmisi karantin qaydalarına əməl edilməsi ilə bağlı nəzarətin gücləndirilməsinin lazım olduğunu bildirib:
"Hamımıza bəllidir ki, ictimai nəqliyyat koronavirusun yayılmasında ən başlıca amillərdən biridir”.
N.Seyidov onu da qeyd edib ki, hazırkı vəziyyətdə regionların qorunmasına ehtiyac var. Onun sözlərinə görə, mütəxəssislər bu ilin sonunadək pandemiyanın azala biləcəyini proqnozlaşdırır.