21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əli Əsədov qərar İMZALADI

01.04.2021

"Ərzaq balansının tərtib olunması Qaydası” və "Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

DM-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla ərzaq balansının tərtib olunması qaydası yeni tələblərə uyğunlaşdırılıb və tədbirlər planı üzrə ərzaq balansının tərtib olunması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub.

Həmçinin beynəlxalq təcrübə əsasında ərzaq balansının hesablanması metodologiyasının, istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və siniflər üzrə bölgüsü barədə dəqiq məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsi, "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” vasitəsilə buğdanın istehsalı və anbar qalıqları barədə məlumatların dəqiqləşdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək.

Bununla da ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində istifadə olunan məlumatların keyfiyyətinin daha da artırılması hesabına ərzaq məhsullarının istehsalı və təchizatı ilə bağlı effektiv qərarların qəbul edilməsinə imkan yaradacaq.

Qeyd edək ki, "Ərzaq balansının tərtib olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 20 noyabr tarixli 181 nömrəli qərarı isə ləğv edilib.