Paşinyan keçmiş qubernatoru nazir təyin etdi
01.04.2021
Ermənistan baş naziri Nikol Paşinyan dünəki istefadan sonra boş qalmış yüksək texnologiyalar sənayesi naziri postuna yeni kadr təyin edib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanın qərarı ilə Ermənistanın Tavuş vilayətinin keçmiş qubernatoru Hayk Çobanyanı yüksək texnologiyalar sənayesi naziri təyin olunub.
Qeyd edək ki, dünən Akop Arşakyan bu vəzifədən istefa vermişdi.