Türkiyənin səhiyyə naziri ÜST brifinqinə dəvət olundu
01.04.2021
Türkiyənin səhiyyə naziri Fahrettin Koca Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə həsr olunmuş brifinqinə dəvət olunub.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir ÜST baş direktorunu müşayiət edəcək.
Dəvətin Türkiyənin pandemiya ilə uğurlu mübarizə modeli ilə bağlı olduğu və təcrübənin digər ölkələrlə bölüşülməsi məqsədilə edildiyi bildirilib.