Vətən müharibəsi və Xocalı soyqırımı haqqında filmlər çəkiləcək
31.03.2021
"44 günlük Vətən müharibəsi və Xocalı soyqırımı haqqında tarixi kinoların çəkilməsi planlaşdırılır”.
DM "oxu.az”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Türkiyəyə səfəri zamanı bu layihələr müzakirə olunub:
"Gələcəkdə birgə layihələr həyata keçirəcəyik”.
"Həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə bu filmlərlə həqiqətlərimizi dünyaya çatdıracağıq”, - deyə nazir əlavə edib.