21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Xəzər adaları” ilə bağlı RƏSMİ AÇIQLAMA

31.03.2021

 "Xəzər adaları” "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına keçdikdən sonra layihənin gələcək fəaliyyət istiqaməti və tələb olunan investisiyaların araşdırılmasına başlanılıb.

Bu barədə ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, bununla yanaşı özəl investorların layihəyə cəlb olunması məqsədilə bir sıra xarici investorlarla danışıqlara başlanılıb və müzakirələr aparılıb.

"Layihə haqqında müəyyən məlumatlar investorlara təqdim olunub, lakin mövcud pandemiya şəraiti işlərin gedişatına müəyyən mənfi təsir göstərib. Belə ki, investorların Azərbaycana gələrək əraziyə yerində baxış keçirməsində pandemiya səbəbi ilə əlaqədar müyyən çətinliklər yaranıb”.

Qeyd edilib ki, bu problemlər aradan qaldırıldıqdan sonra investorlarla danışıqlar davam etdiriləcək və görüşlər təşkil edilərək, əraziyə baxış keçiriləcək.

Əlavə olaraq bildirilib ki, "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı ardıcıl tədbirlərin davamı kimi, Təhvil-Təslim Komissiyasının 10 aprel 2019-cu il tarixli 21 saylı qərarı ilə "Avesta Konserni” MMC-yə məxsus olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində 500 hektar torpaq sahəsinin istifadə hüququ və onun üzərində yerləşən inşası başa çatmamış tikililər ("Yeni şəhər” kompleksi) "Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib.

Xatırladaq ki, "Xəzər adaları” hazırda tikintisi ləğv edilib, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət və 3 min hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri kimi nəzərdə tutulub.

Layihə "Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya qoyulub. Dəyəri 100 milyard dolları təşkil edirdi. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və "Azerbaijan Tower”ın (Azərbaycan qülləsi‎) tikilməsi nəzərdə tutulurdu. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi.