Çinin çağırışı
31.03.2021
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronovirusun ABŞ-ın Fort-Detrikdəki hərbi laboratoriyasından və digər ölkələrin müvafiq müəssisələrindən sızması versiyasını öyrənməlidir.
DM xəbər verir ki, bu barədə Cın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xya Çun-in martın 31-də keçirilən müntəzəm brifinqdə bildirib.
Onun sözlərinə görə, ekspert qrupunun üzvləri vazım gəldiyi təqdirdə dünyanın bütün müvafiq laboratoriyalarda tədqiqat aparacaqlarını bildiriblər.
"Bildiyiniz kimi, Uhandakı laboratoriyalarda bu cür tədqiqat aparılıb. Bəs Fort-Detrik ekspertlərin üzünə nə vaxt açılacaq?”, – deyə diplomat xanım soruşub.
O, həmçinin qeyd edib ki, Fort-Detrik laboratoriyası haqqında xəbərlər KİV-də 2019-cu ilin iyununda verilirdi, amma indi susurlar.