Baş nazirdən QƏRAR
31.03.2021
Nazirlər Kabineti "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na dəyişiklik edib.
DM xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, humanitar və sosial ixtisaslar qrupu üzrə "Kommunikasiya və rəqəmsal media” ixtisası yaradılıb.
Beləliklə, ali təhsilin bakalavriat səviyyəsində ixtisasların sayı artırılıb