Mövlud Çavuşoğlu AŞPA Prezidenti ilə görüşüb
31.03.2021
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daemslə görüşüb.
DM-in xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter”də bildirib.
Görüşdə AŞPA ilə münasibətlər müzakirə olunub.
Türkiyə XİN başçısı AŞPA Prezidentini Antalya Diplomatiya Forumuna dəvət edib.