İndoneziyada zəlzələ olub, insan təlafatı var
29.07.2018
İndoneziyanın Lombok adasında baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
"Reuters" agentliyinin verdiyi məlumata görə, 40-dan çox insan xəsarət alıb.
Yeraltı təkanlar yerli vaxtla 06.47-də (Bakı vaxtı ilə 02.47) Rincani vulkanı və turistlər arasında populyar olan Bali adası yaxınlığında, Yer səthindən 7,5 km dərinlikdə qeydə alınıb.
Adanın şimalına elektrik enerjisinin verilişi də bərpa olunmayıb. İndoneziya hakimiyyəti turistlərin adadakı aktiv Rincani vulkanına qalxmasını da müvəqqəti qadağan edib.
Lombok adasında 3 mln.-dan çox əhali yaşayır.