İranda 1849 məhkumu əhatə edən əfv sərəncamı imzalanıb
30.03.2021
İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei 1849 məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzalayıb.
DM xəbər verir ki, bu barədə Ali Rəhbərin administrasiyasından bildiriblər.
Qeyd olunub ki, 12 fərvərdin (29 mart) - İran İslam Respublikası Günü münasibətilə məhkəmə hakimiyyətinin təqdimatına əsasən bir qrup məhkum əfv olunub. Əfv olunanların bir qisminin cəzaları azaldılıb, bir qismi isə cəzalarının çəkilməmiş hissəsindən azad edilib.
Ali Rəhbərin administrasiyasından bildiriblər ki, Seyid Əli Xamenei İranda həmişə insanpərvərlik və humanizm prinsiplərini əsas tutaraq, bayram münasibətilə məhkumları əfv edib.