Nuşirəvan Məhərrəmli Milli Teleradio Şurasının üzvlüyündən ÇIXARILDI
30.03.2021
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sabiq rəhbəri Nuşirəvan Məhərrəmli Şuranın üzvlüyündən də çıxarılıb.
DM xəbər verir ki, Nuşirəvan Məhərrəmlinin adı artıq MTRŞ-nın rəsmi saytından silinib.
N.Məhərrəmli 2003-2020-ci illərdə Milli Televiziya və Radio Şurasının sədri vəzifəsində çalışıb.
Sabiq sədr indiyə kimi MTRŞ-nın üzvlüyündə qalırdı.