Zaxarova Avstriyanın Rusiya vaksini almasını şərh etdi
30.03.2021
Avstriya Rusiyadan 1 milyon doza həcmində koronavirusa qarşı "Sputnik V" vaksini almaq barədə qərar verib.
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya XİN mətuat xidmətinin rəhbəri Mariya Zaxarova Avstriya hökumətinin bu qərarını şərh edib.
O qeyd edib ki, bununla Rusiyanın Qərb tərəfindən təcrid edilməsi siyasəti iflasa uğrayır.