Hacıbala Abutalıbov YAP-ın qurultayından DANIŞDI
30.03.2021
Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətindən uzaqlaşdırılmasına münasibət bildirib.
Bu barədə açıqlama verən H.Abutalıbov YAP-ın verdiyi qərarı hörmətlə qarşılağıdığını bildirib:
"Mən artıq yaşımla əlaqədar təqaüdə çıxmışam. Partiyanın strategiyası var. Bu gün orada layiqli cavanlar yer alır. Həmin gənclər bizdən daha enerjilidirlər. Mən onlara YAP-ın fəaliyyətində uğurlar arzu edirəm. Özüm yenə də YAP-ın üzvü olaraq qalıram".