4 ölkə lideri İstanbulda görüşəcək
29.07.2018
İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin görüşü olacaq.
Sentyabrın 7-də İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransa liderləri arasında görüş keçiriləcək.
"CNN Turk”-n xəbərinə görə, görüş zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.
Liderlər həmçinin Türkiyə-Rusiya-İran üçtərəfli sammitin gündəliyini müzakirə edəcəklər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Rusiya-İran üçtərəfli sammitlər Soçi, Ankara və Tehranda keçiriləcək.